Xanımlara gözəlliyin sirrlərindən bəhs edən aparıcı Aynur Kərimlinin müsahibəsi:
- Karantin dönəmində xanımlarımız daha çox artıq çəkiyə sahib oldular. Dinamik həyat tərzi keçirən insanlar üçün evə qapannmaq böyük bir stress yaratdı. Bəs sizə necə təsir etdi?
- Açığı, çəkimdə heç bir artım olmadı. Hərdən tənbəlliyim tuturdusa da musiqi sədaları altında idman hərəkətləri edirdim. Bəzən tamam həvəsdən düşüb, heç nə etmək istəmədiyim günlərim də oldu. Amma bədbinliyə qapılmaq üçün özümə şərait yaratmadım. Yenidən özümdə güc tapıb, əvvəlki rejimimə dönməyə çalışıram. Bütün bu yaşadıqlarımızın psixoloji bir vəziyyət olduğunu düşünürəm. İnsan necə düşünürsə həyatını o xətt üzrə istiqamətləndirir. Yəni hər bir insan kimi mənim də güclü və zəif anlarım olur. Sadəcə o zəif anlarda şüurlatı hiss edirəm ki, qalib gəlməliyəm.
- Uzun müddətdir ki efirlərimizdə gözəlliklə bağlı verilişlər yoxdur. Yeni ildən sonra o verilişlərin bərpası gözlənilirmi?
- Hazırda gündəm ictimai-siyasi mövzuda cərəyan edir. Ona görə gözəllik mövzusu bir balaca kənarda qalıb. Bu da təbii ki, son zamanlar baş verən hadisələrlə bağlıdır. Artıq televiziyalarda bu tip layihələrə ehtiyac var.
- Sizcə ev şəraitində baxımlı olmaq mümkündürmü?