Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Tramp vəzifəsindən uzaqlaşdırılır

1 558
Paylaş:
Tramp vəzifəsindən uzaqlaşdırılır

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Demokratlar Partiyasını təmsil edən Nensi Pelosi Senatda azlıqların lideri, partiya yoldaşı Çak Şumerin ardınca hazırkı prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin lehinə çıxış edib.

Pravda.az xəbər verir ki, bu barədə TASS yazıb.

“25-ci düzəlişdən dərhal istifadə edərək bu prezidenti hakimiyyətdən kənarlaşdırması üçün Demokratların Senatdakı liderinin vitse-prezidentə ünvanladığı çağırışına qoşuluram. Əgər vitse-prezident və kabinet bir tədbir görməzsə, Konqres impiçmentə doğru addım atmağa hazır ola bilər. Bu, mənim fraksiyamın rəyidir”, - deyə Pelosi vurğulayıb.

Onun fikrinə görə, seçki nəticələrinə etiraz edənlərin Konqres binasına hücumları “ABŞ prezidenti tərəfindən təhrik edilən bir hərəkətdir”.

Paylaş:

Ən son xəbərlər