“Deputat həmkarım Nurlan Həsənovu savadlı, bacarıqlı və vəzifəsinin öhdəsindən gələn bir həmkar kimi tanımışam. Onun mətbuata verdiyi açıqlamaya görə təhqirlərə məruz qalması mənə ağır gəlir. Hərçənd ki, əksər millət vəkilləri, hökumət və hökumət üzvləri müntəzəm olaraq oxşar rəftara məruz qalırlar. Tənqid etmək, razılaşmamaq, fərqli fikir söyləmək, debata çağırmaq, arqumentlə çıxış edib öz fikrini müdafiə etmək olar, amma təhqir, söyüş, aşağılama ən murdar əməldir və bu cür davranışları qətiyyətlə pisləyirəm”.
Pravda.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, təhqir və söyüşlərin yağış kimi yağmasına şərait yaradanlar da məsuliyyət daşıyır:
“Əgər mənim yazımın, statusumun altında bir şəxsiyyət təhqir olunursa və onlar silinmirsə, bu da məsuliyyət yaradır. Deputat Nurlan Həsənovun təhqir olunmasına və aşağılanmasına imkan yaradanlar doğru yolda deyil. Tənqid etmək olar, təhqir yox, metafora olar, aşağılama yox.