“Bütövlükdə vaksinasiyadan sonra normal və ya əvvəlki həyatın qayıdacağı ilə bağlı proqnozlar var. Bu gün qlobal olaraq gözlənti ondan ibarətdir ki, bu ilin aprel ayından etibarən əvvəlki həyat geri qayıda bilər. Sözsüz ki, bunlar hamısı proqnozlardır”.
Pravda.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə vaksinasiyaya fərqli yanaşmalar var:
“Təbii ki, Azərbaycanda da vaksinasiyadan sonra pandemiyadan əvvəlki həyatın, xüsusən də iqtisadi sferalarda iş yerlərinin bərpa edilməsi, əsas gözləntilərdən biridir. Ümid edirik ki, vaksinasiya prosesi uğurlu olacaq. Nəticədə sərt karantinlər iqtisadi açılımla əvəz olunacaq.
Təklif edirəm ki, vaksinasiyadan sonra epidemioloji vəziyyətə uyğun olaraq iqtisadi açılımın bərpası ilə bağlı qərarlar verilsin. Xüsusən də yenidən iqtisadi fəaliyyət sahələrinin bərpa edilməsi məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, ictimai iaşə xidmət sektoru məşğulluq baxımından çox vacibdir.