“Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə bəynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq”.
Pravda.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Xocalı aeroporotu kiçik tutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir:
“Baxmayaraq ki, hazırda orada bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil.
Bundan əlavə, Rusiya tərəfi sülhməramlı qüvvələrin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır. Kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır. Azərbaycan buna razılıq vermir. Çünki bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür.