Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Evliliyimizi saxta bilənlərə sual verirəm ki...”

1 381
Paylaş:
“Evliliyimizi saxta bilənlərə sual verirəm ki...”

"Natavanla evlənəndə hamı nikahımızı saxta adlandırdı. Nə baş verdiyini başa düşə bilmirdik. Niyə tamaşaçılar bizə inanmırdı? 3 il keçib, nə Natavan, nə mən münasibətimizə görə pul qazanmamışıq. Bir neçə duetimiz var idi, amma oxumadıq. Dedik, fikirləşəcəklər ki, duetlərə görə birlikdədirlər".

Pravda.az xəbər verir ki, bu sözləri reper Dado Əliyev "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi müğənni Natavan Həbibi ilə evliliyindən danışıb:

"Evliliyimizi saxta bilənlərə sual verirəm ki, necə ola bilər? Boşanma xəbəri çıxanda tamaşaçılar etiraz edir, ayrılmağımızı istəmirlər. Ailə böyük şeydir, onu saxlamaq lazımdır. Bir-birimizə güzəştə getmirik. O da liderlik etməyi sevən xanımdır, onun pərəstişkarıyam. Natavanı sevib evlənmişəm. O da məni sevib. Biz tədbirə gedəndə təsəvvür edə bilməzsiniz maşında nə qədər dava gedir.

Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq".

Paylaş:

Ən son xəbərlər