Neçə gündü mətbuat, xüsusilə saytlar və sosial şəbəkədə Rəmişin elə şəkillərini təqdim edirlər ki, hansı ki bu şəkillər çoxdan çəkilib.
Rəmiş nasazlayıb, amma koronavirus deyil. Və Rəmişin 76 yaşı var. O qədər də az yaş deyil. Özü də Rəmiş kimi qeyri-adi həyat keçirən adamın, çox şey yazmıram, bu qədər yaşaması Allahın ona lütfüdür, Allahın onun barmaqlarına sevgisidi. Azərbaycanda 3 virtuoz var. Onun biri Vaqif Mustafazadədir, biri Rafiq Babayevdir, biri də Rəmişdir.
Rəmiş heç vaxt barmaqlarını gitaranın pərdələrinə vurmayıb, həmişə bu xalqın ürəyinə, qəlbinə vurub. Rəmişin barmaqları qanımıza işləyib.
Mən həmişə yazmışam: Rəmiş nə atadır, nə anadır, nə bacıdır, nə qardaşdır, nə dostdur, nə vətəndaşdır, nə ağdamlıdır, nə insandır. Rəmiş bir mələkdir, şeytandır, iblisdir nədirsə bir şeydir.
Rəmiş Rəmişdi. Allah ona hər şey verib, bir ağıldan başqa. Ağılı da neynir ey, Rəmiş bizdə ağlı ilə yox, barmaqları ilə, ürəyi ilə sevgi yaradıb.
İndi sosial şəbəkələrdə, saytlarda yazırlar ki, Rəmiş ölüm ayağındadı və ölüm ayağında Ağdamı görmək istəyir.
Dostlar, xahiş edirəm insanların ürəyinin incə telləri ilə oynamayın. Onun müəyyən şəkillərini paylaşmayın, o şəkilləri ki az qala iki il bundan əvvəl çəkilib.
Xoşqədəm xanım Rəmişin müalicəsi üçün əlindən gələni əsirgəməyib. Rəmiş bu gün yaşayırsa, vaxtilə Salyan rayon Polis Şöbəsinin rəisi işləmiş Toğrul Rəhimova borcludur. Rəmişin ən ağır vaxtlarında ona sahib çıxdı,yoxsa Rəmiş çoxdan... Bu gün Toğrul Rəhimov özü koronovirusdan müalicə olunur, şükürlər olsun ki, vəziyyəti yaxşıdı.