Qubad İbadoğlu adlı populist bir siyasi-iqtisadçı var. Ölkədə sosial vəziyyətin pisləşməsinə, neftin qiymətinin aşağı düşməsinə sevinənlərdəndir. Özünün simulyativ “müdrik” obrazını yaradıb. “Müsavat” partiyasının divan üzvü idi. Yeni bir qurum yaradıb, partiyanı dağıtmaq missiyasını üzərinə götürmüşdü. Özünün təbliğatçısına çevrilən bu qurum demək olar ki, yoxdur. Sonra urvatsız, yenə də özünün təbliğatçısı olan “BİZ” adlı amorf bir platforma yaratdı. O da işləmədi. Ona siyasi-iqtisadçı deməkdə yanılmıram. Günün birinci yarısıda iqtisadçı, ikinci yarısında siyasətçi olur. Qrant ustasıdır. Qrantın sanki iyini bilir. Ona görə də hər şeyi həmin iyə qurban verməyə çalışır.
Onun 13 avqust 2020-ci ildə verdiyi müsahibəyə diqqət edin: “Bizdə vətəndaş cəmiyyəti inkişaf edərdisə, azad mətbuat olardısa, biz daha çox beynəlxalq arenaya çıxa bilərdik. Mən özüm 2014-cü ilə qədər bunun birbaşa şahidi olmuşam. Amma bu gün ermənilər bizi üstələyirlər, çünki onların vətəndaş cəmiyyəti və mətbuatı daha azaddır.” Yumşaq desəm, bu banlamaq deyil, bəs nədir?
Ölkə Vətən müharibəsindən böyük qələbə ilə çıxıb. Şəhidlərimizin və yaralılarımızın qanı işğaldan azad olunmuş torpaqlarımızda hələ qurumayıb. Bu tip adamlar vaxtilə müharibənin olmayacağından danışırdılar. Ölkə rəhbərliyinin bir kəndi belə azad etməyə qadir olmayacağından danışırdılar. Bu banlamaq deyildi, bəs nə idi!
Hamının hayqırdığı şüar “Qarabağ-Azərbaycandır! şüarı təsdiqini tapıb. Qubad İbadoğlu tipli adamlardan başqa hamı bu şüarı eşidirdi. İnsanlarımız övladlarını müharibəyə göndərir, müharibəyə yardım üçün əllərindən gələni əsirgəmirdilər. Qubadkimiləri isə işğaldan azad olunmuş ərazilərin bərpasına sərf olunacaq vəsait düşündürürdü. Qulaqlarına səslər gəlirdi...İfrat dərəcədə qrant aludəçisi olmaq pis şeydir. Qrant da opium (tiryək) kimidir.