"Koronavirusa təkrar yoluxma halları var, amma bu, o demək deyil ki, xəstəliyi keçirənlərin hamısında təkrar yoluxma olacaq".
Pravda.az-ın məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bəzi şəxslərin xəstəliyi asimptomatik keçirməsi pandemiyanın yayılması baxımından çox pis haldır. Çünki şəxs virus daşıyıcısı olduğunu bilmir və buna görə də tam aktiv həyat tərzini davam etdirir, virus mənbəyi olaraq, insanları yoluxdurur.