8 yanvar, saat 17.00-da Yerasx və Sədərək məntəqələri arasındakı neytral zonada Ermənistan və Azərbaycanın təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında görüş keçirildi.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat məlumatina əsasən, Armen Abazyan və Əli Nağıyev “məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər. Bu sahədə əlaqələr davam edəcək ”.