Şurnux kəndində 1988-ci ildə 100 ev, 800-ə yaxın əhali olub.
Pravda.az xəbər verir ki, kənddə ən yaxın zamanlarda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Həmin ilin noyabrın sonlarında Gorus rayon partiya hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq Azərbaycana qovulub.