Xalq artisti,rejissor Ağakişi Kazımov insult keçirib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Əməkdar artist Mehriban Abdullayeva məlumat verib.
Xalq artisti,rejissor Ağakişi Kazımov insult keçirib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Əməkdar artist Mehriban Abdullayeva məlumat verib.
O, bildirib ki, son günlər Xalq artisti özünü yaxşı hiss etmirmiş: “2019-cu il noyabr ayının 28-də həyətdə gəzərkən qəflətən yıxıldı. Demək olar ki, o gündən sonra vəziyyəti pisləşdi. Dekabr ayının 13-də təcili tibbi yardımın ilkin müayinəsindən sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi və ayın 30-da evə buraxıldı”.
M.Abdullayeva qeyd edib ki, yanvar 1-də onun vəziyyəti yenidən pisləşəndə Binəqədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi: "Bu gün də orada müalicə alan Ağakişi Kazımovun vəziyyəti bir o qədər də yaxşı deyil. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan A. Kazımovun müalicəsinə yardım etmələrini xahiş edirəm”. Analoq.az