Artıq bir il olacaq ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə toyların keçirilməsinə qadağa qoyulub. Buna görə də şou-biznes simaları işsiz qalıblar.
Pravda.az xəbər verir ki, bir neçə müğənni işsiz qalmağın çarəsini tapıblar. Belə ki, onlar Rusiyaya üz tutublar. Toy üçün Moskvaya köçən müğənniləri təqdim edirik:
Müğənni Fədayə Laçın bir ilə yaxındır ki, Rusiyadadır. Əvvəl konsert verməyə gedən ifaçı pandemiyaya görə orada qalıb. Sənətçi yolların bağlandığını, Bakıya qayıda bilmədiyini deyib. İndi isə o, Rusiyada toy məclislərinə qatıldığı üçün Azərbaycana qayıtmağı düşünmədiyini söyləyib.