“Sonuncu dəfə tutulanda, vaxtından tez buraxıldım. 30 sutka vermişdilər. 10-cu sutkada buraxıldım. Və mənə dedilər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə buraxıldım. Çünki xanım tapşırıb ki, məhkəmə qərarını düzgün araşdırıb, sonra versin”.
Bu barədə məhşur idmançı Kamil Zeynallı deyib.
Hokm.az həmin müsahibəni təqdim edir:
– Kamil bəy, başlayaq lap əvvəldən. Harda doğulub, təhsil alıb böyümüsən?
– Göyçayda doğulmuşam. Təhsilim 4-cü sinifə qədər Göyçayda olub. Sonra Bakıya köçmüşük təhsilimə burda davam etmişəm. Orta məktəbdə idmanla məşğul olmuşam. Biraz nadinc idim (gülür). Özüm ali təhsilliyəm idman universtetində oxumuşam. Cavanlıqdan bu günə kimi başım bəlalıdı. Yəni ki, yaxşı mənada. Başıma gəlməyən işlər qalmayıb. O vaxtdan bu günə kimi hələ də davam edir.
– Bakıda şərait qurmaq çətin olmadı?
– Əlbəttə çətin oldu. Biz o vaxt anamla gələndə uzaq – uzaq qohumlar var idi. Gedib onları tapırdıq. Onların evində qalırdıq. Bir ay bir qohumun evində, 10 gün bir qohumun evində, 15 gün isə birinin evində qalırdıq. Gənclikdə bir daxma ev var idi. Həmin o daxmanı əvvəllər dam kimi istifadə edirdiler. Hansı ki, həmin daxmada toyuq – cücə və balonlar bağlayıb saxlayırdılar. Sonra biz həmin daxmanın bəzi yerlərini düzəldib, anamla illərlə o balaca otaqda qaldıq. Anam qonşuların evini təmizləyirdi, qonşuların qaşını alırdı sapla. Mən butulkalar, yeşiklər satırdım. Yəni ki, bu cür günləri görə-görə gəlmişik.
– Yeni İl günü atəşfəşanlıq edənlərə münasibətin?
– Vallah hər kəsin həyata bir baxışı var. Kiməsə vicdan öyrətməklə deyil, kiməsə vətənpərvərlik öyrətməklə deyil, kiməsə kişilik öyrətməklə deyil. Gərək hər insanın qabında, canında, qanında olsun. Mən deməklə onlar düzələn insanlar deyillər. Nə bilim, nə deyim onlara? Sadəcə ayıbdır. Şəhid analarından, şəhid bacılarından, şəhid qardaşlarından, şəhid atalarından ayıbdır. Qolları, ayaqları, gözləri olmayan qazilərimizdən ayıbdır. 1 ili biz boş keçirə bilərdik. Heçnə olmazdı. Amma çoxsu boş keçirmədi, təntənəli sürətdə qeyd elədilər.