"2019-cu il Azərbaycan tarixində uğurlu islahatlar ili kimi yadda qalacaq. Vergilər sayəsində əldə olunan uğurlar hər birimizi sevindirir. Xüsusi ilə də nəğdsiz ödənişlərin artması çox uğurlu nailiyyələrdəndir".
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
Deputat daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabət yaradılmasını, onları həvəsləndirməyi də təklif edib:
“Çalışmalıyıq ki, vergi ödəyən sahibkarlar bunu sevərək etsinlər”