Xəbər verdiyimiz kimi, Türkiyədə 20 yaşdan aşağı, 65 yaşdan yuxarı insanların ictimai nəqliyyatdan istifadə etməsinə qadağa qoyulub. Qərar 15 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Məlumatı İstanbul Şəhər Bələdiyyəsi yayıb. Azərbaycanda da bu qərarın qəbul edilməsi gözlənilirmi? Pravda.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu gün yoluxma sayını azaltmaq üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ayrı-ayrı metodlardan istifadə edirlər: "Bu isə müxtəlif qərarların qəbul edilməsində özünü göstərir. Türkiyədə də yoluxma sayının artmaması üçün müxtəlif metodlardan istifadə edilib.
Hazırda Azərbaycanda tətbiq edilən sərt karantin rejimi daha uyğundur. Belə bir yaş məhdudiyyəti ilə bağlı qərarın qəbul edilməsinin tərəfdarı deyiləm. Hesab etmirəm ki, bu metod effektiv olacaq. Bu cür addımın atılması üçün vəziyyət təhlil edilməlidir. Nə qədər səmərəli olacağı nəzərdən keçirilməlidir.