"Sərt karantinin yumşalması situasiyaya uyğun həyata keçirilməlidir. Bu vaksinasiya və ya digər situasiyalara bağlı deyil. Ümumi kollektiv immunitetin yaranmasına əmin olduqdan sonra karantin qaydaları daha da yumşaldıla bilər".
Bu sözləri Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib
Onun sözlərinə görə, hazırda yumşalmalar əslində xeyli insanın yoluxmasına bağlıdır. Xeyli sayda şəxs yoluxub, xəstələnib, ona görə xəstə sayı azalıb:
"Vaksinasiya başlayandan sonra onun 42-ci günündə immunitet formalaşır. Əgər biz vaksinasiyaya başlayırıqsa, bir ay yarımdan sonra rejimi tamamilə yumşalda bilərik. Artıq immunitetin başlamasını nəzərə alaraq vaksinasiyanın nə qədər insanı əhatə etməsi önüəmlidir. Bu səbəbdən məsələlər situasiyaya uyğun həll edilməlidir.