Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən işə başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən dünən gün ərzində 329 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Müraciətlərin operativ araşdırılması, vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Bu qrupu tərəfindən yanvarın 11-də 90-dan çox müraciət qəbul edilib və 45 müraciət yerində baxılaraq həll olunub.