"Sənətimin hər dövründə gedib restoranda oxumağı qəbul etməmişəm. Ya Yeni il, ya Novruz bayramında bir gün olar. Amma hər gün yox. Toylarda isə olar. Çünki burada anamız, bibimiz, xalamız olur, seçmə insanlarımız ora yığışır".
Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Kazım Sübhanın "MTV özəl" proqramında qonaq olarkən deyib. Müğənni şou-proqramlarda çıxış etməyə qarşı olduğunu söyləyib.