Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Toplantıda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Belə izah edilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Görünür, yanacağın bahalaşması ilk “nəticə”sini verib. Tanınmış jurnalist Zülfiyyə Quluyeva Feysbuk profilində yazıb ki, unun 1 kisəsinin qiymətinin 27 manatdan 33 manata qalxıb. Maraqlıdır, məlum bahalaşmadan sonra un məhsullarının da qiyməti yüksələ bilərmi? Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Nizam Bəydəmirlinin qənaətincə, siravi vətəndaşlar da bilirlər ki, enerji daşıyıcılarının qiyməti artanda bu, kənd təsərrüfatına, çörəyin istehsalına təsir göstərir:
“Ölkə daxilində 300 min tondan aşağı buğda istehsalı azalıb. Biz buğdanı Rusiyadan idxal edirik, lakin orada buğdanın qiyməti artıb. Məncə, bu sahibkarlara əlavə problem yaşadır.
Hökumət nümayəndələri özləri qiyməti artırırlar. O baxımdan bunu bazarla əlaqələndirmək və ya sahibkarları “qaralayıb” süni qiymət artımı demək doğru deyil.