Əmək Məcəlləsinə dəyişiklik edildi

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

 

Pravda.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, Əmək Məcəlləsinə əlavə edilən 106.1 maddəyə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

 

Qeyd edək ki, qanun Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Tarix: 12 Yanvar 2021, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin