"Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov bu vəzifəyə təyin olduğunu gündən, Bakı şəhərində istismara hazır olan obyektlərin, yeni tikilən yaşayış binalarının, bina və qurğuların layihə sənədlərinin yanğın təhlükəsizliyi ekpertiza aktının verilməsinə süni maneələr yaradır.
Daxil olan şikayət məktubunda Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov haqqında belə yazılır:
"Belə ki bundan əvvəlki rəhbərliyin olduğu müddətdə bina və qurğulara obyektiv şəkildə qəbul olunduğu halda, indi səbəbi bilinməyən problemlər axtarılır, bu da haqlı olaraq yeni binalardan ev və obyekt sahibi olan vəndaşların bina sahibləri ilə mübahisə və narazılıqlarına səbəb olur. "
Redaksiyamıza daxil olan məktubda qeyd olunur ki, FHN-də və heç bir əlavə normativ qayda qəbul olunmadığı halda korrupsiyaya yol açan bu əməllər əlbəttə ki, cənab nazir Kəmalləddin Heydərovun, Möhtərəm Cənab Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirdiyi müsbət reformaları kölgədə qoyur, dövlətə və FHN-nə etimadı sarsıdır: