Hazırda insanlar arasında xüsusi “gərginlik və ruhi sarsıntıya” səbəb olan ən əsas səbəblərdən biri, COVİD-19-un müxtəlif ölkələrdə yeni mutant ştammlarının aşkarlanması haqqında söylənilən fikirlərdir. Bəzi mənbələrdə İngiltərədə, bəzilərində isə Cənubi Afrikada aşkarlandığı söylənilən fərqli mutantların patoloji fəallığı və RO indeksinin COVİD-19-dan 70-90% yüksək olduğu, hətta atrıq bəzi ölkələrə yayıldığı da iddia olunur.
COVİD-19 tərkibinə 30 min nukleokapsid daxil olan ən uzun RNT genomuna malik virus olduğundan, onun 100-lərlə yox, hətta 1000-lərlə mutasiyası ola bilər. Lakin bu mutasiyalar zamanı əmələ gələn ştammların nukleokapsidlərinin kəmiyyət və keyfiyyət tərkibi mütləq mənada əks, yəni azalmağa doğru getməlidir və gedir. Bu səbəbdən onların patoloji fəallığı xələfindən yüksək ola bilməz. Xatırlatmaq istəyirəm ki, Təbabətdə Mütləq və Hakim bir qanun vardır: İstənilən xəstəlik və ya virus infeksiyasına yoluxma, onun proqnozu və müalicəsinə münasibətdə həlledici rolu cinsi, etnik, irqi xüsusiyyətlər, coğrafi ərazi, eləcə də fəsli dəyişikliklər, hətta ğündəlik bioritmlərdə (sutka ərzində zaman vaxtının dəyişməsinə görə) törənən dəyişikliklər son dərəcə həlledici rol oynayır. Odur ki, istənilən infeksiyanın dəyərləndirilməsi zamanı, “Xronoloji qanunauyğunluq” adlandırılan bu proseslərə (məsələn, təkcə bir sutka ərzində orqanizmdə 300-dən artıq fizioloji proseslərdə fərqli aktivlik müşahidə olunur) mütləq mənada istinad edilməlidir. Başqa sözlə desək, COVİD-19 bir ölkədə bir, digərində başqa, o birində isə tamamilə fərdli klinik əlamətlərlə keçə bilər. Və yaxud bir insan populyasiyasında letallığı yüksək, digərində zəif, o birində isə nisbi ola bilər. Eləcə də söylədiyim fərqliliyə uygun olaraq, mutasiya serotipləri nukleotid ardıcıllığına görə fərqlilik göstərə bilər. Lakin bu heç bir halda aqressiv mutant ştammın əmələ gəlməsi kimi qəbul olunmamalı və bu şəkildə ictimailəşdirilməməlidir.
Başqa sözlə desək, COVİD-19-un mutasiyası mütləqdir, fərqliliyi də söylədiyim səbəblərdəndir. Lakin bilmək və insanlara izah etmək lazımdır ki, bu mutasiyalar yeganə olaraq virusun orqanizmlə simbioz yaşamasına xidmət edir. Yəni bu mutasiyalar heç bir halda daha aqressiv virus ştammının əmələ gəlməsinə xidmət edə bilməz. Bu mutasiyalar yalnız bələdləşmə və uyğunlaşma mutasiyasıdır. COVİD-19 reproduksiya zamanı mutasiyaya məruz qalması, genom ardıcıllığında mütləq şəkildə aminturşu itirməklə, sələfindən letallığa doğru nisbi fərqlilik göstərən subtipinin yaranması halı kimi başa düşülməlidir.
Retrovirusların reproduksiyası zamanı müşahidə olunan bu hala, çox vaxt RNT-nin letallıq (letalis -ölümcüllük, ölüm deməkdir) mutasiyası deyilir.