Əməkdar artist: "14 yaşımda evdən qaçmışam"

"Bakıya Yevlaxdan gəlmişəm. Müsabiqə var idi, qalibi oldum. 14 yaşında gəldim Bakıya. Atam savadlı uşaq yetişdirməyə çalışırdı".

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Onun sirri" proqramında deyib. Müğənni sənətə gəlmək üçün evdən qaçdığını etiraf edib: "Atam bizi heç yerə buraxmırdı. Məktəbə, musiqiyə özü aparırdı. Müsabiqəyə qəbul olanda anam etiraz etdi. Mən də evdən qaçıb xalamgilə getdim. Deyirdi, kasıb ailəyik, pulumuz yoxdur səni oxutmağa. Amma atamın icazəsi ilə gəldik Bakıya. Müsabiqəyə gələndə pulumuz da yox idi. Atamın dostu pul verdi. Beləcə, oxudum, konservatoriyaya qəbul oldum".

Tarix: 13 Yanvar 2021, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin