“MTV Azərbaycan” telekanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı məlumat yayıb.
Pravda.az-ın verdiyi xəbərə görə, telekanaldan verilən məlumatda Rəhim Rəhimlinin vəzifəsindən getdiyi barədə yayılan xəbərlərin dezinformasiya olması və dəqiqləşdirilmədən yayıldığı bildirilib: “Rəhim Rəhimlinin “MTV Azərbaycan” telekanalının Yeni il proqramında iştirak etməməsi bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Rəhim Rəhimli hazırda telekanalın direktoru vəzifəsində öz işini davam etdirir”.