Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.
Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət edilməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir. Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müsbət dinamika ilə davam edir. Eləcə də ölənlərin sayında xeyli azalma var. Bundan əlavə yaxın vaxtlarda ölkədə koronavirus əleyhinə peyvəndlənmə başlayacaq. Belə olan halda martın 15-dən sonra 80 nəfər qonaqla toyların keçirilməsinə icazə verilə bilərmi?