BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazim İbrahimovun qardaşının şirkəti ləğv edildi, mülkü əlindən alındı - FOTO

“Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkətinin - STONE'S ENTERPRISES LTD-nin qeydiyyatı Britaniya Şirkətlər Evi tərəfindən ləğv edilib. Buna səbəb şirkətin maliyyə hesabatının təqdim edilməməsi olub”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

 

C.Həsənli bildirib ki, Britaniya Şirkətlər Evi ötən il noyabrın 3-də bununla bağlı Tağı İbrahimova xəbərdarlıq göndərsə də, iki ay keçməsinə baxmayaraq müvafiq sənədlər təqdim olunmayıb: “Xəbərdarlıqda bildirilirdi ki, səbəb göstərilmədiyi təqdirdə, şirkət yuxarıda göstərilən tarixdən ən azı 2 ay sonra reyestrdən çıxarılacaq və ləğv ediləcək. Bu xəbərdarlıqdan sonra şirkət ləğv edildikdə sahib olduğu və ya etibar etdiyi bütün mülkiyyət və hüquqlar, şirkət "bona vacantia" sayılır və Birləşmiş Krallığın mülkiyyətinə keçir. Tağı İbrahimova verilən möhlət bu il yanvarın 19-da başa çatıb və Şİrkətlər Evi tərəfindən şirkətin ləğv edilərək mülkiyyətinin İngiltərə xəzinəsinə verilməsi barədə qərar verilib. STONE'S ENTERPRISES LTD 2019-cu ilin fevralın 1-də təsis edilib. Biznes təsnifatına görə şirkət beton, suvaq və sement məmulatlarının istehsalı, yolların və avtomobil yollarının tikintisi sahəsində fəaliyyət göstərib”.

Fotoları təqdim edirik
Tarix: 14 Yanvar 2021, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin