BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış telejurnalist Rauf Arifoğlunun vəkili oldu

Tanınmış telejurnalist Turan İbrahimov Xətai rayon 35-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili oldu.

 

Pravda.az xəbər verir ki, bu gün onun vəkilliyi proseduru rəsmiləşdi. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra T.İbrahimov R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.

 

T.İbrahimov seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat -təşviqat və digər proseslərə nəzarət edəcək.

 

T.İbrahimov bildirib ki, bu işi sevə-sevə edəcək, həm də yüksək səviyyədə icra edəcək: "Bütün beynimin əsas hissəsini bu işə yönəldəcəm. 2010-cu il parlament seçkilərində Rauf bəylə rəqib olmuşuq. İTV-də baş tutan ilk canlı yayında, bir-birimizə jestlər etdik və dostluğumuz yarandı. O gündən etibarən də Rauf bəylə çox gözəl münasibətlərimiz var. Vəkili olaraq da prosesə fərqli şəkildə də yardım edəcəyik. Xeyirli nədirsə, o olsun. O xeyirdə bizim də rolumuz olsun”.

 

Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Musavat.com

Tarix: 5 Yanvar 2020, 19:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin