BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış rejissor koronavirusdan vəfat etdi - FOTO

“Yeralaş” satirik kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin bildirib.

 

Boris Qraçovski ötən ilin dekabr ayının sonunda ağır vəziyyətdə Moskvanın 52 saylı xəstəxanasına yerləşdirilmişdi.

 

Qeyd edək ki, Qraçovski, həmçinin, rejissor, ssenari müəllifi kimi də məşhur idi. O, "Çardaq", "Notlar arasında, yaxud Tantrik simfoniyası" filmlərinin, eyni zamanda "Sosial Reklam" layihəsinin müəllifidir. Bununla yanaşı, Qraçovski bir neçə sənədli filmi ekranlaşdırıb.APA

Tarix: 15 Yanvar 2021, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin