“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcək" - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

 

Pravda.az xəbər verir ki, onlar Şuşada ermənilər tərəfindən dağıdılmış Bülbülün ev muzeyinə də baş çəkiblər.

 

Bülbülün dağıdılmış büstünü göstərən dövlət başçısı qeyd edib:

 

"Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımı törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir”.


Tarix: 15 Yanvar 2021, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin