BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank Prezidentin tapşırığını icra etmir və qanunsuz fəaliyyət göstərir

"Özünə 218 milyon avro qiyməti olan bina tikdirən Mərkəzi Bank artıq 1 ildən çoxdur ki, qanunsuz olaraq maliyyə bazarlarına nəzarət orqanı səlahiyyətlərini icra edir. Yəni bank, sığorta və qiymətli kağızlar bazarlarını tənzimləyir, nəzarət edir, lisenziyalar verir və ləğv edir. Niyə qanunsuz? Ona görə ki, Mərkəzi Bank haqqında Qanunun 1.3-cü maddəsinə əsasən onun məqsədi, funksiya və səlahiyyətləri yalnız Konstitusiya və həmin Qanunla müəyyənləşdirilə bilər. Sözügedən Qanunda isə bu səlahiyyətlər yoxdur. Həmin Qanuna əsasən Mərkəzi Bankın səlahiyyətləri yalnız pul siyasəti və qismən ödəniş sistemləri sahəsi çərçivəsindədir".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov bildirib ki, Prezidentin 28 noyabr 2019-cu il tarixli 1616 saylı Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olundu və onun səlahiyyətləri Mərkəzi Banka verilib, lakin Sərəncam heç Fərman da deyil, yəni normativ hüquqi akt deyil: “Bu qərar hətta Fərmanla verilsəydi belə, yenə də Mərkəzi Bank haqqında Qanuna müvafiq dəyişikliklər edilməyincə o, bu səlahiyyətləri icra edə bilməzdi. Elə məhz buna görə də Sərəncamın 2.1-ci bəndində Mərkəzi Banka tapşırılmışdı ki, aidiyyəti qanunlara, o cümlədən özü haqqında Qanuna zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb 1 ay müddətində Prezidentə təqdim etsin. Üstündən artıq 14 aya yaxın vaxt keçib, amma Mərkəzi Bank haqqında Qanuna hələ də müvafiq dəyişikliklər edilməyib. Buna görə də bu müddət ərzində Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı kimi qəbul etdiyi bütün qərarlar (əmək və əmlak münasibətlərindən tutmuş qəbul etdiyi qaydalar və ləğv etdiyi lisenziyalaradək) qanunsuzdur! Ümid edək ki, yeni binası hazır olanadək Prezidentin tapşırığını nəhayət icra edər...”

 

Tarix: 15 Yanvar 2021, 20:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin