"Həmin Zaur" proqramında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni İzzət Bağırov və şairə Nazilə Səfərli arasında gərgin anlar yaşanıb.
Pravda.az xəbər verir ki, buna səbəb Hüseynin sosial şəbəkədə müğənnilərlə bağlı yazdığı status olub. Musiqiçinin "Ümid edirəm ki, bundan sonra musiqiçilər haqlarını kəsən bəzi müğənnilərə sözlərini deyə biləcəklər. Bu bir dərs oldu, heç birimiz acından ölmədik. İmkan verməyin pulunuzu hansısa müğənni yesin. Özünüzə hörmət edin, əziz zəhmətkeş musiqiçilər" sözlərinə İzzət və Nazilə etiraz edib.
İzzət bildirib ki, əgər Hüseyn həmin ifaçıların adını açıqlamırsa, danışmaq haqqı yoxdur:
"Deyirsən 90 faizini nəzərdə tuturam. Kimlərlə işləmisən? Biri mən, oradan pul aparıram? Heç olmasa faizi az deyərdin. Kimsə danışırsa, ad çəksin. Çəkə bilmirsənsə, söhbət etmək lazım deyil. Tək Hüseyn yox, bütün müğənnilərə aiddir sözüm. Çıxıb demə ki, ad çəkmirəm, filan hadisə oldu".