BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvəndləmə üçün qəbul belə olacaq – Qayda açıqlandı

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.

 

"Report" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

Qeyd olunub ki, peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistem olacaq.

 

"Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər", - məlumatda bildirilib.

 

Məlumata görə, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Tarix: 16 Yanvar 2021, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin