Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.
Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.