COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb.
Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.
Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları aşağıdakılardır:
sosial:
- səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;