Benzin və dizelin pərakəndə satış qiymətinin dəyişməsi ikinci əl avtomobillərin satış qiymətinə təsir edib. Ekspertlər bildirir ki,son günlər daha çox mühərrik həcmi az olan, dizellə çalışan və hibrid avtomobillərinə təlabat artıb. Təbii ki,bəzi ölkələrin istehsalı olan avtomobillərin qiymətində də artım müşahidə olunur.
Benzin və dizelin qiymətinin dəyişməsi ölkədə ikinci əl avtomobil bazarına təsir edib.Bəzi ölkələrin istehsalı olan avtomobillərin qiymətində artım müşahidə olunur.
Ekspert Sərxan Qədirovun sözlərinə görə, hazırki vəziyyətdə dizellə çalışan,hibrid və elektrik avtomobillərə təlabat artıb.Araşdırmalar göstərib ki, mühərrik həcmi 3 min sm3 və daha böyük olan avtomobillərin qiyməti ucuzlaşıb.Kiçik mühərrikli dizellə çalışan avtomobillərin qiymətində isə artım var..