Qarabağda işğaldan azad olunmuş ərazilərdə ermənilər uzun illər ərzində tunellər qazıb.
Pravda.az xəbər verir ki, belə tunellərdən birini əsgərlərimiz çəkərək göstərir.
Kadrlardan göründüyü kimi yeraltında salınan 3 mərtəbəli tuneldə əsgərlərin istirahəti üçün otaqlar və istehkamlara keçid üçün pilləkənlər də quraşdırılıb.