BURADA REKLAMINIZ OLA
BİLƏR

Müslüm Məmmədov deputat olmaqdan imtina etdi

Beşinci çağırış Milli Məclisin deputatı olan Müslüm Məmmədov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müslüm Məmmədov özü məlumat verib.

 

O, bildirib ki, əvvəl seçkilərdə iştirak etmək qərarını vermək istəsə də, sonradan fikrindən vaz keçib: “Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm”.

 

Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilmişdi. O, heç bir partiyada təmsil olunmur, bitərəfdir.Modern.az

 

 

 

 

 

 

 

Tarix: 6 Yanvar 2020, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin