Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda vəzifəli şəxsin qardaşı yol qəzasında öldü

1 727
Paylaş:
Azərbaycanda vəzifəli şəxsin qardaşı yol qəzasında öldü

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, Həsənov Niyaməddin Gülməmməd oğlunun idarə etdiyi Niva markalı avtomobil aşıb. Nəticədə sürücü N.Həsənov və daha bir qadın sərnişin hadisə yerindəcə ölüb.

Daha iki nəfər isə ağır xəsarətlər alıb.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən N.Həsənov Cəlilabad Rayon İcra Hakimiyyətinin Günəşli kənd icra nümayəndəsi İlqar Həsənovun qardaşıdır.

Paylaş:

Ən son xəbərlər