2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən "Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insidentin baş verdiyi barədə xəbər yayılıb.
"Demirören Haber Ajansı” (DHA) xəbər verib ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.
Nəticədə tərəflərdən biri - 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.
Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.