BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni: “Şirniyyat bişirib satacam"

"Mağaza açmaq istəyirəm. Özüm bişirib, satacam. Amma içərisində yemək üçün stollar da olsun. Bunu gerçəkləşdirəcəm. İndi şirniyyat satmıram. Amma bişirəndə sosial şəbəkədə paylaşıram".

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Xəbər-ətər" proqramında deyib. Sənətçi şirniyyat biznesi olmasından danışıb. O bildirib ki, kafe açmaq istəyir.

 

Sevda pandemiya ərəfəsində istirahət etdiyini söyləyib: "Əvvəl o qədər çalışırdıq ki, sağlamlığımıza fikir vermirdik. Pandemiyada bunun fərqinə vardım. İndi öz qayğıma qalıram".

 

İfaçı sosial şəbəkədə yazılan mənfi rəylərdən söz açıb: "Təhqir yazanlar bekar insanlardır. Biz niyə kiməsə mənfi rəy yazmırıq? Hamının anası, balası var. Təhqir nəyə lazımdır? Bəyənmirsən, izləmə".

 

Axşam.az

Tarix: 21 Yanvar 2021, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin