"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ƏDV faizlərini IBA Mobile tətbiqi və ya https://edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün möhtəşəm kampaniyaya start verib.
Bu gündən başlayaraq ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 5 min müştərinin ƏDV qazancı 10 AZN-ə çatan kimi əlavə 10 AZN də ABB-dən hədiyyə gələcək. Kampaniya yalnız 21 yanvar tarixindən etibarən əlavə edilən qəbzlərə aiddir.
Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud bu portal üzərindən geri almaq lazımdır.
Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.