“Xocalı Soyqırımı ilə bağlı görüntülərə baxanda pis olurdum, artıq intiqamımı aldım”.
Pravda.az xəbər verir ki, bu sözləri 44 günlük Vətən Müharibəsində öz igidliyi ilə seçilən qazi Ruslan Əliyev deyib.
2016-cı il Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan qazi Ruslan Əliyevin uğrunda vuruşduğu bölgələrimizə əvvəllər yolu düşməsə də, ən böyük arzusu məhz işğalda olan torpaqlarımızın düşməndən azad edilməsində iştirak etmək olub.