Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Pravda.az-ın xəbərinə görə, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.
Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.