Yaşı 50-dən aşağı olan şəxslərin NƏZƏRİNƏ

"Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək".

 

Pravda.az-ın xəbərinə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, bundan sonra isə 65 yaş üzərində olan şəxslər vaksinasiya strategiyasına əsasən peyvənd olunacaqlar: “Daha sonra risk qrupuna daxil olan şəxslər başda olmaqla digər şəxslər vaksinasiyadan keçəcək. Sonrakı mərhələdə 50 yaşdan yuxarı şəxslərin peyvəndlənməsini hədəfləyirik. Bununla da xəstəxanada yatanların sayını azaltmaq məqsədimizdir. Çünki xəstəxanada yatanların 70-75 faizi 50 yaşdan yuxarı insanlardır. Bundan sonra isə daha aşağı yaş qrupları üçün peyvənd istehsalçıları ilə həm ikitərəfli, həm də KOVAC təsisatı ilə əməkdaşlığımız nəticəsində müzakirələrimiz davam etdiriləcək və ölkəmizə vaksinlər gətiriləcək”.

Tarix: 22 Yanvar 2021, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin