Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Daha bir hərbçinin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi...

1 570
Paylaş:
Daha bir hərbçinin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi...

44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. Söhbət 1990- cı il təvəllüdlü baş leytenant Rahim Mikayılovdan gedir. Bu gün şəhidimizin nəşi onun ailəsinə təhvil verilib.

Şəhidin qardaşı Rasim Mikayılov bildirib ki, qardaşı Vətən müharibəsinin ilk günü Murovdağ istiqamətində şəhid olub: “Yoldaşları onun şəhid olduğunu bizə həmin gün demişdilər. Dünən isə rəsmi şəkildə bizə zəng edib itkin düşmüş nəşinin tapıldığını bildirdilər. Oktyabrın 27-də qardaşımın ilk övladı dünyaya gəlib. Ancaq o, övladını görə bilmədi”.

Qeyd edək ki, dəfn mərasimi sabah Quba rayonu II Nüvədi kəndində keçiriləcək.

Qafqazinfo

Paylaş:

Ən son xəbərlər