İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazların yoxlanması ilə bağlı xəbərdarlıq edib. Qaydaları pozanlar üçün cərimələr qaçılmaz olacaq. Cərimənin miqdarı heç də az deyil. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 3000 mnatdan 4000 mantadək cərimə olunacaqlar.
Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev məlumat verib.Qurum rəsmisi bildirib ki, mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir.