BURADA REKLAMINIZ OLA
BİLƏR

Danışmaq qadağan edilsin - Yoluxma riskini azaltmaq üçün orijinal TƏKLİF

Mutasiya etmiş yeni koronavirus növlərinin yayılma təhlükəsinin artması ilə əlaqədar Fransada metro və digər nəqliyyat növlərində sərnişinlərin mobil telefonla, ümumiyyətlə, danışmağın qadağan edilməsi tövsiyə olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə Fransa Tibb Akademiyası təklif irəli sürüb.

 

Bildirilib ki, koronavirusa yoluxma riskini minimuma endirmək üçün nəqliyyat vasitələrində, eləcə də əhalinin sıx toplaşdığı yerlərdə mobil telefon da daxil olmaqla, danışmaq qadağan edilməlidir.

 

Bu arada ölkənin Səhiyyə naziri Oliver Veran cərrahiyyə maskaları istisna olmaqla, digər bütün növ maskaların, xüsusilə də evdə hazırlanan maskaların koronavirusdan qorunma səviyyəsini təmin etmədiyini söyləyib. Akademiya mütəxəssisləri isə nazirin fikirləri ilə razılaşmadıqlarını diqqətə çatdırıblar:

 

“Bu cür yanaşma ehtiyat prinsipi kimi deyilə bilər, lakin kifayət qədər elmi dəlillərə əsaslanmır. Belə fikirlər əhali arasında çaşqınlıq, yaxud qarışıqlıq yarada, eyni zamanda rəsmi təlimatların doğruluğuna dair şübhələrə səbəb ola bilər”.

 

Akademiya ölkə əhalisinə ən yaxın məsafə 1 metrdən çox olduqda belə tibbi maskalardan istifadənin vacibliyini tövsiyə edib. Bildirilib ki, maska həm ağzı, həm də burnu əhatə etməlidir.Lent.az

Tarix: 23 Yanvar 2021, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin