Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
Pravda.az-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.
Müəyyən edilib ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.
SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
- SOCAR-ın yenidən təşkili və ləğvi;
- SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
-SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;
- SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
Müəyyən edilib ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Azərbaycan İnvestisiya Holdinqi:
- SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli;
- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- Fərmanda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabineti:
- SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
26 Fevral 16:10
26 Fevral 16:05
26 Fevral 15:54
26 Fevral 15:49
26 Fevral 15:45
26 Fevral 15:37
26 Fevral 15:30
26 Fevral 15:20
26 Fevral 15:10
26 Fevral 15:02
26 Fevral 15:00
26 Fevral 14:50
26 Fevral 14:48
26 Fevral 14:42
26 Fevral 14:40
26 Fevral 14:30
26 Fevral 14:08
26 Fevral 13:58
26 Fevral 13:54
26 Fevral 13:52
26 Fevral 13:50
26 Fevral 13:44
26 Fevral 13:41
26 Fevral 13:34
26 Fevral 13:31
26 Fevral 13:28
26 Fevral 13:26
26 Fevral 13:21
26 Fevral 13:18
26 Fevral 13:13
26 Fevral 13:11
26 Fevral 12:59
26 Fevral 12:52
26 Fevral 12:48
26 Fevral 12:46
26 Fevral 12:44
26 Fevral 12:40
26 Fevral 12:38
26 Fevral 12:36
26 Fevral 12:31
26 Fevral 12:28
26 Fevral 12:24
26 Fevral 12:20
26 Fevral 12:15
26 Fevral 12:09
26 Fevral 12:03
26 Fevral 12:01
26 Fevral 11:56
26 Fevral 11:49
26 Fevral 11:41
26 Fevral 11:37
26 Fevral 11:35
26 Fevral 11:23
26 Fevral 11:16
26 Fevral 11:14
26 Fevral 11:11
26 Fevral 11:02
26 Fevral 10:57
26 Fevral 10:52
26 Fevral 10:49
26 Fevral 10:36
26 Fevral 10:29
26 Fevral 10:24
26 Fevral 10:21
26 Fevral 10:19
26 Fevral 10:11
26 Fevral 10:09
26 Fevral 10:07
26 Fevral 10:02
26 Fevral 09:58
26 Fevral 09:38
26 Fevral 09:26
26 Fevral 09:20
26 Fevral 09:04
26 Fevral 08:55
26 Fevral 08:44
26 Fevral 08:33
26 Fevral 08:30
26 Fevral 08:17
26 Fevral 08:03
26 Fevral 08:00
26 Fevral 07:57
26 Fevral 07:41
26 Fevral 00:45
26 Fevral 00:43
26 Fevral 00:26
26 Fevral 00:16
26 Fevral 00:08
25 Fevral 23:56
25 Fevral 23:30
25 Fevral 23:17
25 Fevral 23:05
25 Fevral 22:52
25 Fevral 22:45
25 Fevral 21:41
25 Fevral 21:31
25 Fevral 21:26
25 Fevral 21:00
25 Fevral 20:52
25 Fevral 20:50
25 Fevral 20:42
25 Fevral 20:38
25 Fevral 20:28
25 Fevral 20:24
25 Fevral 20:18
25 Fevral 20:03
25 Fevral 19:50
25 Fevral 19:40
25 Fevral 19:33
25 Fevral 19:19
25 Fevral 19:14
25 Fevral 19:07
25 Fevral 18:59
25 Fevral 18:52
25 Fevral 18:43
25 Fevral 18:31
25 Fevral 18:27
25 Fevral 18:24
25 Fevral 18:03
25 Fevral 17:53
25 Fevral 17:47
25 Fevral 17:42
25 Fevral 17:40
25 Fevral 17:39
25 Fevral 17:22
25 Fevral 17:16
25 Fevral 17:01
25 Fevral 17:00
25 Fevral 16:52
25 Fevral 16:50
25 Fevral 16:49
25 Fevral 16:42
25 Fevral 16:39
25 Fevral 16:34
25 Fevral 16:33
25 Fevral 16:30
25 Fevral 16:27
25 Fevral 16:25
25 Fevral 16:20
25 Fevral 16:18
25 Fevral 16:13
25 Fevral 16:11
25 Fevral 15:59
25 Fevral 15:52
25 Fevral 15:49
25 Fevral 15:40
25 Fevral 15:34
25 Fevral 15:31
25 Fevral 15:25
25 Fevral 15:19
Ən son xəbərləri səhifəmizdən də izləyin