Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub.
Pravda.az xəbər verir ki, hadisə bu gün 15:10 radələrində baş verib. Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, "Azenko" binalarının birində yaşanıb.